Gəncədə daha bir qadın əri tərəfindən qətlə yetirilib.

Hadisə bu gün günorta saatlarında şəhər ərazisində baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini 1997-ci il təvəllüdlü Aynurə Bayramovaya bıçaqla qətlə yetirilməsi barədə məlumat daxil olub:

“Dərhal polis və şəhər prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən,  Aynurə Bayramovanın həyat yoldaşı Rauf Vəliyev isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib”.

Fakta bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Amin Nəzərli

İstinadlar Qafqazinfo