Gəncədə 20 sentyabr – Dövlət Süverenliyi Günü münasibəti ilə tədbir keçirilib.Tədbir Gəncə Şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, şəhid ailələri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Gəncə şəhər Şəhidlər Xiyabanını ziyarət ediblər. Niyazi Bayramov Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyub, şəhidlərin ruhuna hörmət və ehtiramını ifadə edib. Abidə digər mərasim iştirakçıları tərəfindən də ziyarət olunub.

Niyazi Bayramov çıxış edərək bildirib ki, Qarabağ iqtisadi zonasında 24 saatdan da az müddətdə həyata keçirilən lokal antiterror əməliyyatları zamanı Azərbaycan düşmənə layiqli cavab verib: “Ölkəmizin üçrəngli dövlət bayrağı artıq işğaldan azad edilmiş bütün ərazilərdə dalğalanır. Bu tarixi hadisə  Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun gücü ilə həyata keçirilib”.

 Niyazi Bayramov tədbir iştirakçılarını Dövlət Suverenliyi Günü münasibəti ilə təbrik edib.

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Rəşad Məmmədovun anası Rəfiqə Süleymanova  qazanılan qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunduğu bildirib. Rəfiqə xanım şəhid ailələrinə, müharibə iştkirakçılarına və veteranlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatının iştirakçısı, “Rəşadət” ordenli, ehtiyatda olan mayor Mahir Hüseynov çıxışında  44 gün davam edən Vətən müharibəsinin Ermənistan silahlı qüvvlərinin darmadağın edilməsi və kapitulyasiyası ilə nəticələndiyini qeyd edib. O, bu müharibənin dünya hərb tarixinə yeni strategiyaların yazılmasında mühüm rol oynadığını bildirib. 






İstinadlar Qafqazinfo