Gəncə şəhərində yerləşən dönərxanalardan birində yanğın baş verib.

Hadisə şəhərin Şeyx Bahəddin küçəsində qeydə alınıb.

İlkin məlumata görə, ümumi sahəsi 16-kvm olan obyektin 4-kvm yanıb.

Hadisə yerinə iki yanğınsöndürən avtomobil cəlb olunub.

Məlumata görə, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev


İstinadlar Qafqazinfo