Gəncə şəhərində körpə doğuş zamanı ölüb

Hadisə şəhərdə yerləşən özəl klinikalardan birində baş verib.

Gəncə şəhər sakini,1994-cü il təvəllüdlü Mahirə Mahir qızı Qarayevanın dünyaya gətirdiyi körpə doğuş zamanı ölüb. Körpənin ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.