Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Binanın ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanında geyim əşyaları 1 m² sahədə və pəncərə çərçivəsi 1 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.