Gəncə şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Şah İsmayıl Xətai prospektində, marketlərin birinin yaxınlığında qeydə alınıb.

“Mercedes” və “VAZ” markalı avtomobillərin toqquşması sonucunda Gəncə şəhər sakinləri – 1993-cü il təvəllüdlü Həsənov Elşən İbrahim oğlu, 1976-cı il təvəllüdlü Babayev Amil Novruz oğlu və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

İstinadlar Report