Gəncədə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Şəhərin Totanlı dairəsi adlanan ərazisində iki “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Onlar xəstəxanaya çatdırılıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlar – 9 yaşlı T.Hüseynov, 13 yaşlı İ.Bayramlı, 12 yaşlı Ə.Əliyev, 8 yaşlı E.Əliyev və 24 yaşlı Q.İbrahimovdur.

İstinadlar Report