Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Gəncə – İmamzadə avtomobil yolunda, Atabəylər küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil yeni kanalizasiya xətlərinin çəkilişi zamanı qazılan 9 metr dərinlikdə olan quyuya düşüb.

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar – 1985-ci il təvəllüdlü Fuad Rəcəbov və 1990-cı il təvəllüdlü Elmirmir Məmmədovdur. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.

Avtomobili quyudan çıxarmaq üçün əraziyə FHN xilasediciləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

**

Qəza nəticəsində xəsarət alan Fuad Rəcəbovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib



İstinadlar Qafqazinfo