
Gəncədə avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə şəhərin Şah İsmail Xətai Prospektində qeydə alınıb.
Avtomobil yolu keçən 1980-ci il təvəllüdlü Ruslan Məmmədovu vurub.
Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb. Tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.