Gəncə şəhərində motosikletlə avtomobil toqquşub, xəsarət alan var.

Hadisə şəhər ərazisində fəaliyyət göstərən ticarət mərkəzlərindən birinin qarşısında qeydə alınıb.

Motosikletlə minik avtomobilinin toqquşması nəticəsində motokuryer çalışan Nağıyev Əli Rövşən oğlunun qolu sınıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

İstinadlar Report