Gəncədə ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Əziz Əliyev prosoektində qeydə alınıb.

Belə ki, “Xəzər Lada” markalı avtomobillə “Hyundai Santafe” markalı maşın toqquşub.

Hadisə zamanı 1997-ci il təvəllüdlü Leyla Rüstəmli və 1970-ci il təvəllüdlü Sevinc Kələntərova müxtəlif bədən xəsarətləri alıblar. Həkimlərin səyinə baxmayaraq 55 yaşlı S. Kələntərova vəfat edib.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev