Gəncədə intihar hadisəsi baş verib.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Binada yaşayan 21 yaşlı Seymur Mahmudov adlı gənc oğlan özünü blokda asıb.

Onun meyti qonşular tərəfindən asılmış vəziyyətdə tapılıb.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.

İstinadlar Qafqazinfo