Samux rayonun Qiyaslı kənd orta məktəbində çalışan gənc fizika müəllimin ölümü sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Tanışları İsmayılova Kifayət Asim qızının həkim səhlənkarlığı səbəbindən rəhmətə getdiyini iddia edib:

“Bağırsağı partlayıb. 3 gün yatırıb deyiblər ki, heç nəyi yoxdur, evə buraxılacaq. Sonra halı pisləşəndə bildirilib ki, Bakıya aparmaq lazımdır, onların da başı çıxmayıb. Savadsız həkimlərin ucbatından gül kimi qız getdi”.

İstinadlar Qafqazinfo