Dünən “İsrafil Hüseynov” gəmisində baş vermiş partlayışda yaralanan 3 nəfərin vəziyyəti kritikdir.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib:

“Mərkəzi Neftçilər Xəstəxanasına 14 nəfər yerləşdirilib. Onlardan 7-si stasionar şəraitdə müalicə alır, 7-si isə reanimasiyadadır. Reanimasiyada olanlardan 3-nün vəziyyəti kritikdir. Bədənlərinin 40%-i yanıb. Stasionar şəraitdə olanlar 2-3 günə evə buraxılacaqlar”.

İstinadlar Qafqazinfo