2016-cı ildə bağlanan ANS telekanalının məşhur aparıcılarından olan Gülnarə Məmmədova koronavirusla bağlı yardım istəyib.
O, sosial şəbəkə profilində gəlinlərinin virusa yoluxduğunu, təcili yardımın cavab vermədiyini və çarəsiz qaldıqlarını yazıb:

“Xahiş edirəm, yol göstərin. COVİD-19 virusuna yoluxan gəlinimiz və qardaşımın qızı neçə gündür evdə müalicə alırlar. Gəlinimizin vəziyyəti çox pisləşdi, xəstəxanalarda yer yoxdur deyilir. Təcili yardım cavab vermir”.