Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının 132-ci sessiyası keçirilir.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının baş katibi Kuniyo Mikuriya ilə görüşüb.

Səfər Mehdiyev ÜGT-nin Regional Tədris və Regional Kinoloji mərkəzlərinin, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Azərbaycandakı fəaliyyətindən bəhs edib.

Kunio Mikuriya rəhbəri olduğu təşkilatda Azərbaycan Gömrük Xidmətinin rolunun yüksək qiymətləndirildiyini bildirib.

Görüşdə eyni zamanda Ümumdünya Gömrük Təşkilatının İKT sahəsində ən böyük tədbiri olan “İnformasiya Texnologiyaları Konfransı və Sərgisi”nin 2019-cu il 12-14 iyun tarixlərində Azərbaycanda keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

İstinadlar Qafqazinfo