“Xiaomi” şirkətinin baş direktoru Ley Tszyun illik “China Mobile Global Partner” konfransı çərçivəsində 2020-ci ildə qiyməti 285 dollardan baha bütün yeni smartfonların beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən modemlərlə təchiz ediləcəyini bildirib.

Onun sözlərinə görə, növbəti ildə “5G” dəstəkli 10 mobil qurğu modelinin, o cümlədən “Redmi Note 9 Pro” smartfonunun istehsalı planlaşdırılır.

Bildirilir ki, hazırda “5G” modeminə iki “Xiaomi” smartfonu və “Mi Mix Alpha” prototipi malikdir.

Qeyd edək ki, 2010-cu ildə təsis edilən Çinin “Xiaomi Corporation” şirkəti smartfonların istehsalı və satışına görə dünyada altıncı, Çində isə dördüncü yeri tutur.

Nizam Nuriyev

İstinadlar ict news