Xəbər verdiyimiz kimi, iyunun 10-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Təkbətək görüş zamanı Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşü iyulda Şuşada keçiriləcək.