Xəbər verdiyimiz kimi, çay mədəniyyəti UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib. “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” nominasiyası Azərbaycan və Türkiyə nümayəndə heyətləri tərəfindən birgə hazırlanıb.

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann ölkəmizi bu münasibətlə təbrik edərək bu barədə xəbəri maraqlı tərzdə qeyd edib.

Belə ki, səfir öz rəsmi tviter hesabında bununla bağlı paylaşım edərək “Gəl bir çay içək, söhbətimiz şirin olsun” sözlərini yazıb.

İstinadlar Qafqazinfo