Avqustun 15-dən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Gədəbəy rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzi cari təmir işləri ilə əlaqədar 20 gün fəaliyyət göstərməyəcək.

Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

“Göstərdiyimiz xidmətlərin əksəriyyətinin elektronlaşdırıldığını nəzərə alaraq, elektron xidmətlərdən faydalanmağınız, gələcəkdə vaxtınıza qənaət edilməsi məqsədilə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etməyiniz tövsiyə olunur.

İstinadlar Report