Mayın 18-nə keçən gecə Bakının Xətai rayonu ərazisində marketə silahlı basqın olub.

Məlumata görə, Xətai rayonu, R.Məmmədov küçəsində yerləşən “OBA” marketə daxil olan naməlum şəxslər bıçaqla satıcı qadına hücum edib. Satıcı L.İsrafilovanı hədələyən şəxslər kassadan 700 manat götürərək uzaqlaşıblar.

Xəbəri rus dilində oxuyun: Рашад Даглы извинился из-за угроз?

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Quldurluq əməlində şübhəli bilinən 2000-ci il təvəllüdlü Əfqan İsgəndərov və 1997-ci ildə anadan olmuş Fərid Axundov tutularaq istintaqa təhvil veriliblər.

Onların barəsində Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci (quldurluq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və silah və ya silah qismində əşya tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.

Nizam Rza

İstinadlar Qafqazinfo