Xəbər verdiyimiz kimi, 15 mart tarixindən etibarən 8 Noyabr prospektində əsaslı təmir işlərinə başlanılıb.

Bir müddət əvvəl Azərbaycan Avtomobil Yolları Agentliyi (AAYDA) məlumat yayaraq təmir müddətində sürücülərdən sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunub.

Amma aydın məsələdir ki, paytaxtda avtomobil idarə edən hər sürücünün bu məlumatdan xəbəri yoxdur. Belə olan halda isə təmir aparılan ərazidə xüsusən də gecə saatlarında təhlükəsizlik tədbirləri yüksək səviyyədə görülməli idi.

Təqdim etdiyimiz fotolardan isə bunun əksini görürük. Belə ki, sürət həddinin saatda 60 km olduğu prospekdə təmir olunan yerlədə uzaqdan görünə bilən işıqlandırıcı nişanlardan istifadə edilməyib. Sürücülər isə yalnız həmin yerə çatanda bunun fərqinə varırlar ki, bəzən artıq bu, gec olur.

Mövcud problem bir sıra qəzalara səbəb olub, avtomobillərə ciddi ziyan dəyib.

Əməkdaşımız Xəyal Vəlizadənin ərazidən çəkdiyi fotoları təqdim edirik:













İstinadlar Qafqazinfo