2021-ci ildə dünyada fərdi kompüter, planşet və mobil telefonların ümumi sayı 125 milyon artaraq 6,2 milyarda çatıb. Bu barədə “Gartner” şirkətinin proqnozunda deyilir. Proqnoza görə, 2022-ci ildə bu say daha 3,2 faiz artaraq 6,4 milyard təşkil edəcək. Bununla yanaşı, noutbuk və planşetlərin sayı müvafiq olaraq 8,8 və 11,7 faiz aratacaq, 2022-ci ildə fərdi kompüterlərin sayı isə 2020-ci ildəki 522 milyondan 470 milyonadək azalacaq.

2020-ci ildə dünyada istifadə edilən smartfonların sayı 2,6 faiz azalsa da, 2021-ci ildə yenidən artmağa başlayıb. “5G” dəstəkli ucuz smartfonların yaradılması tələbatı stimullaşdırır. Bundan başqa, smartfon karantin dövründə əsas ünsiyyət vasitəsidir.

Distant iş (tədricən hibridə çevrilən), şəxsi və iş həyatının birləşməsi qurğu seçimində çeviklik tələb edir. Əməkdaşlar getdikcə daha çox şirkət tərəfindən verilən və ya şəxsi olan, müxtəlif əməliyyat sistemlərinin (iOS, Android, Chrome) idarəetməsi ilə işləyən bir neçə qurğudan istifadə edirlər ki, bu da inzibatçılığı və dəstəyi çətinləşdirir.

Nizam Nuriyev

İstinadlar ict news