Bir neçə aydır söküntüsü davam “Garant Holdinq”in binasında işlər hələ də davam edir.

Media əməkdaşları bu gün hadisə yerində olublar. Binaya bərkidilmiş kran vasitəsilə üzlüyünə vurulmuş alkopan şüşələr sökülür və həyətdə paketlənərək yığılır.

Əldə etdiyimiz məlumata görə, binanın yalnız üzlüyü söküləcək, divarlarına toxunulmayacaq. Hətta damda yerləşən və müzakirələrə səbəb olan helikopter meydançası da qalacaq. Söküntü işləri iki növbəli sistemlə aparılır, gündüzlər üzlük və binanın daxilində bəzi hissələr sökülür. Axşam saatlarında isə söküntünün tullantıları daşınır. Sifarişçi şirkətdən əsas tapşırıq belə olub ki, söküntü maksimum sakit şəkildə, ətrafda yaşayan əhalini narahat etməyəcək səviyyədə aparılsın. Buna görə də söküntü və təmir işlərinin bundan sonra təxminən 2 il davam edəcəyi planlaşdırılır.

Bina əvvələr keçmiş nəqliyyat naziri Ziya Məmmədovun olsa da, artıq “Paşa Holdinq”in balansındadır. İşin sifarişçisi adıçəkilən holdinq, icraçısı isə “Baykon” MMC-dir.  İki binadan ibarət kompleksin üzlüyü tam söküləndən və yenidən təmir edildikdən sonra burada iki böyük şirkət fəaliyyət göstərəcək. Əvvəllər “Garant Holdinq”in yerləşdiri 12 mərtəbəli bina artıq otel kimi fəaliyyət göstərəcək. Adı “Hilton Garden Inn” olacaq otelin üzlüyü tamamilə şüşə ilə örtüləcək.

Oxumağa dəyər:   "Gəncədə neçə polkovnik var ki?" - Balakişiyevin xanımı

Onunla yanaşı olan ikinci binanın aşağı mərtəbələrində “Bravo” supermaketi açılacaq. Yuxarı mərtəbələr isə biznes mərkəzi kimi fəaliyyətini davam etdirəcək.

Hadisə şahidləri Ziya Məmmədovun oğlu Anar Məmmədovun binanın əsas girişinin qarşısında, təxminən 20-30 metr məsafədə yerləşən Şimali Makedoniya konsulluğunda işlədiyini qeyd edibyir. Hər gün işə diplomatik seriya nömrəli “Mercedes Galendevagen”lə gəlir. Bir zamanlar sahiblik etdiyi binanın söküntüsünə hər gün şahidlik edir. Təxminən bir ay əvvəl isə Ziya Məmmədov də həmin ərazidə olub. Şahidlərin sözünə görə, oğlunun iş yerinin qarşısında dayanan keçmiş nazir uzun müddət binanın sökülməsini müşahidə edib.

Fotolar: Pərvin Zeynal


İstinadlar Qafqazinfo