
Ukraynada atəşkəs və ABŞ-nin Kiyevə yardımı bərpa etməsi G7 ölkələrinin xarici işlər nazirlərinin Kanadada keçiriləcək görüşündə əsas müzakirə mövzuları olacaq.
Bu barədə İtaliyanın xarici işlər naziri, Baş nazirin müavini Antonio Tayani bildirib.
“Atəşkəs və Kiyev üçün ABŞ-nin hərbi müdafiəsinin bərpası G7 ölkələrinin xarici işlər nazirlərinin Kanadada, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə müzakirə edəcəyi ilk məsələlər olacaq”, – o söyləyib.
Nazir, həmçinin qeyd edib ki, Ciddədə (Səudiyyə Ərəbistanı) Ukrayna və ABŞ nümayəndə heyətləri arasında baş tutan danışıqlar Ukrayna üçün sülhə aparan yolda mühüm addımdır.