
G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) XİN başçılarının növbəti görüşü martın 12-dən 14-dək Kanadada keçiriləcək.
Bu barədə G7 ölkələri XİN başçılarının qeyri-rəsmi görüşünün yekunlarına dair bəyanatda bildirilib.
“G7 ölkələrinin xarici işlər nazirləri martın 12-14-də Kanadanın Şarlevuada (Kvebek əyaləti) keçiriləcək görüşü səbirsizliklə gözləyirlər”, – sənəddə qeyd olunub.