Almaniyada G-7 ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Qeyd olunub ki, görüş 12 may tarixində baş tutacaq və iki gün davam edəcək. Qrup Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, Kanada, Almaniya, Yaponiya və Avropa İttifaqından ibarətdir.

Nazirlər Baltik dənizininin sahilində yerləşən Vanqels kommunasında görüşəcək. Danışıqlar isə 2015-ci ildə hotelə çevrilən Vaysenhaus qəsrində baş tutacaq.

İstinadlar Report