Böyük Yeddilik (G7) ölkələri Ukraynanın şərqində keçirilən “referendum”ları pisləyir və beynəlxalq hüququn pozulması hesab edir.

Bu barədə G7 liderlərinin birgə bəyanatında deyilir.

Qeyd edilir ki, Ukraynanın suveren ərazisinin statusunu dəyişdirməyə yönələn bu hərəkətlər BMT nizamnaməsinə, beynəlxalq hüquqa və qanunun aliliyinə ziddir.

G7 liderləri hesab edirlər ki, nəticələr Ukrayna xalqının iradəsinin qanuni ifadəsi olmayacaq. Belə ki, bu “referendum”ların heç bir hüquqi qüvvəsi və legitimliyi yoxdur”.

Bəyanata görə, G7 Ukraynanın azad edilmiş ərazilərində keçirilən referendumlara görə Rusiyaya qarşı sanksiyaları genişləndirməyə hazırdır.

G7 liderləri oktyabrın 25-də Berlində Ukraynanın bərpası ilə bağlı konfrans keçirməyə razılaşıblar.

İstinadlar Report