Çinin Xalq Azadlıq Ordusunun Tayvan yaxınlığında keçirdiyi təlimlər Yeddilik Qrupuna (G7) üzv ölkələrin narahatlığına səbəb olur.

Bu barədə G7-nin xarici siyasət idarələrinin rəhbərlərinin birgə bəyanatında deyilir.

“Biz, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının xarici işlər nazirləri və Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi, Çinin təxribat xarakterli hərəkətlərindən, xüsusilə də Tayvan ətrafında son irimiqyaslı hərbi təlimlərindən dərin narahatlığımızı bildiririk”, – Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda deyilir.

İstinadlar Report