“Böyük Yeddilik” (G7) ölkələrinin liderləri növbəti sammitdə Rusiyaya qarşı daha sərt sanksiyaları müzakirə edəcəklər.

Bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

“Liderlər Ukraynadakı müharibə nəticəsində qlobal iqtisadiyyat üçün yaranmış çətinliklərin öhdəsindən necə gəlmək yolları, eləcə də Rusiyaya qarşı əlavə planlar barədə fikir mübadiləsi aparacaqlar”, – Kirbi deyib.

O vurğulayıb ki, ABŞ Prezidenti Cozef Bayden G7 sammitindən əvvəl Almaniya kansleri Olaf Şolts ilə ikitərəfli görüş keçirəcək.

İstinadlar Report