“Böyük yeddilik” (G7) ölkələrinin liderləri Karbis-Bey sammitində yeni koronavirusun yaranma səbəbini müzakirə ediblər.

“Biz mənşəyi (virusun-red) müzakirə etdik”, – Qebreyesus ötən il bütün dünyanı bürümüş infeksiyanın yaranmasının müxtəlif versiyaları haqqında danışaraq deyib. O, əlavə edib ki, bu mövzuya ətraflı toxunulub.

“Biz hesab edirik ki, bütün versiyalar müzakirə edilməlidir və əslində mənşəyi müəyyənləşdirmək üçün ikinci mərhələyə keçməliyik”, – deyə ÜST rəhbəri vurğulayıb.

İstinadlar Report