
İtaliyada keçirilən G7 sammitində iştirak edənlər İranı ballistik raketləri və müvafiq texnologiyaları Rusiyaya ötürməməyə çağırıblar.
Bu barədə iclasın yekun bəyanatında bildirilib.
Sənəddə deyilir: “İran Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstəyi dayandırmalıdır, Tehran ballistik raketləri və əlaqəli texnologiyaları ötürməkdən çəkinməlidir”.