“Böyük yeddilik” (G7) ölkələrinin liderləri Tayvan boğazında sülhə və sabitliyə çağırırlar.

Bu barədə bazar günü Karbis

“Biz Tayvan boğazında sülhün və sabitliyin əhəmiyyətini dəstəkləyirik”, – sənədin layihəsində deyilir. “Yeddilik” ölkələri liderlərinin birgə bəyanatında belə frazadan ilk dəfə istifadə olunur.

G7 ölkələrinin liderləri Cənubi Çin və Şərqi Çin dənizlərində vəziyyətdən ciddi narahatlıqlarını ifadə ediblər.

“Biz Cənubi Çin və Şərqi Çin dənizlərində vəziyyətdən narahatıq, həmçinin status-kvonu istənilən formada birtərəfli dəyişdirmək və gərginliyi gücləndirmək cəhdlərinə qarşı çıxırıq”, – sənəddə deyilir.

G7 ölkələri rəsmi Pekini Çin Xalq Respublikasının Sinszyan-Uyğur Muxtar rayonunda uyğurların hüquqlarına və azadlığına, həmçinin Honkonqun muxtariyyətinə hörmət etməyə çağırblar.

G7 ölkələri həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi altında yeni koronavirusun mənşəyi ilə bağlı ikinci araşdırmasının aparılmasına çağırıblar.

İstinadlar Report