
Yeddilik Qrupu (G7) ölkələri İranın həm nüvə fəaliyyətləri, həm də Yaxın Şərq və Qırmızı dəniz regionunda siyasi təsiri ilə bağlı hərəkətlərini pisləməkdə davam edir.
Bu barədə G7-nin xarici işlər nazirlərinin Münxendə keçirilən qeyri-rəsmi görüşünün yekunları üzrə dərc olunmuş bəyanatda qeyd olunub.
Bildirilib ki, G7 üzvləri İranın sabitliyi pozan hərəkətlərini, o cümlədən mülki məqsədlər üçün istifadəsinə dair inandırıcı sübutlar olmadan uranın zənginləşdirilməsində sürətlə irəliləyişini, Yaxın Şərq və Qırmızı dənizdəki terror təşkilatlarına və silahlı qruplara dəstəyini birmənalı şəkildə pisləyiblər.