Füzulidə baş verən mina partlayışı zamanı xəsarət alan 1973-cü il təvəllüdlü Quliyev Bahadur Məhi oğlu xəstəxanaya çatdırılıb, vəziyyəti qənaətbəxşdir.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, onun həyati təhlükəsi yoxdur.

Qeyd edək ki, 2022-ci 30 sentyabr tarixində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə tank-əleyhinə minanın partlayışı baş verib.

Təhlükəli əraziyə qeyri-qanuni yolla daxil olma nəticəsində 1986-cı il təvəllüdlü Əsədov Amid Fətullah oğlu və 2007-ci il təvəllüdlü Quluzadə Çərkəz Bahadur oğlu həlak olub.

İstinadlar Report