Füzuli rayonunda traktor minaya düşüb.

Bu gün  saat 10 radələrində Horadiz kəndində əkin işləri aparan traktorun minaya düşməsibarədə məlumat daxil olub. Nəticədə traktorun sürücüsü 1994-cü il təvəllüdlü Həsənli Zamin xəsarət alıb. O polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.

Araşdırma aparılır.

İstinadlar Qafqazinfo