“İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerjiyə keçid sürətlə aparılır. Bu ərazilərdə demək olar ki, bütün mümkün yerlərdə elektromobillərin enerji doldurması üçün məntəqələr tikilir”.

Bu fikirləri “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qurumun 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, Füzulidə ilk dəfə Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi tikilib və istifadəyə hazırdır: “Orada da elektromobillər üçün enerji doldurma stansiyalarının quraşdırılması planlaşdırılır”.

Zaur Mirzə

İstinadlar Qafqazinfo