27 sentyabr – Anım Günü ilə əlaqədar olaraq Füzuli rayonunda da mərasim təşkil olunub.

Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, 84 saylı Füzuli seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Vüqar Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, N saylı hərbi hissənin şəxsi heyyəti, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.

Tədbirdə Şəhid valideynləri, qazilər və rayon rəsmiləri çıxış edərək 44 günlük zəfər savaşından söhbət açıblar. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin adına ucaldılmış Şəhidlər Abidə Kompleksi ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub, gül dəstələri düzülüb.






İstinadlar Qafqazinfo