
İrşad Füzuli şəhərində ilk elektronika və məişət texnikası mağazasını açan şirkət oldu. Şəhərin mərkəzində Zəfər yolu, Mida binalarında yerləşən mağaza 09:00 -dan 20:00 dək müştərilərin xidmətinə açıqdır. Şirkətdən verilən məlumata görə artıq ilk müştərilər də alış – veriş edib.

İrşad yaxın zamanda Naxçıvan, Şamaxı, İsmayıllı, Zaqatala bölgələrində də yeni mağazalarını açacaqlarını “İrşad Karyera” səhifəsində paylaşdıqları vakansiyalarla elan ediblər.



İrşad-la karyerasını qurmaq istəyənlər https://irshad.az/sirket/vakansiyalar səhifəsinə daxil olaraq müraciət edə və yaxud hazır CV formasını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.