Füzuli-Ağdam yolunda ağır qəza baş verib.

Bu DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev “VAZ” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirirək yol kənarında dayanan traktora dəyib. Nəticədə sürücü və sərnişini M.Musədirov hadisə yerində həyatını itiriblər.

Araşdırma aparılır.

İstinadlar Qafqazinfo