Arqentinanın “Union de Golondrina” klubunun 17 yaşlı qapıçısı Ramon İsmael Koronel komandasının qapısa təyin olunan penalti zərbəsini dəf etdikdən sonra qəflətən dünyasını dəyişib.

Futbolçunun penalti zərbəsini qaytardıqdan sonra komanda yoldaşları ona təşəkkürünü bildirəndə artıq halı pisləşir.

Stadionun təcili yardımı olmadığı üçün onu təcili xəstəxanaya gətirirlər.

Prokurorluq artıq hadisəni araşdırmağa başlayıb.

İstinadlar Report