“Yeni iqtidar dövründə vitse-prezidentlərin sayı artırıla bilər”.

Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay “A Haber”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, yeni hökumətin formalaşması istiqamətində işlər davam edir: “Hazırda vitse-prezident mənəm. Yeni dövrdə 2-3 vitse-prezident də ola bilər. Qanun buna imkan verir. Bu, prezidentin qərarından asılıdır”.

F.Oktay bildirib ki, bundan sonra hakimiyyətin prioritetlərindən biri daxildəki iqtisadi durum olacaq.

İstinadlar Report