Türkiyədə məclis, məsləhətləşmə ənənəsi türçülüyün tarixinə gedib çıxır.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, qədim türklərin “toy” ənənəsi müasir dönəmdəki məclis anlamı ilə eynidir:

“Türkiyə və Azərbaycan parlamentləri qadınlara verdiyi imtiyazlarla Qərb ölkələrindən çox öndə olub. Bu ənənələrimizdən irəli gəlir. Qadının bütün sahələrdə idarəçilikdə söz sahibi olması bundan sonra da davam edəcək”.

O qeyd edib ki, güclü Azərbaycan görməkdən məmnundur.

İstinadlar Report