Bu ilin yanvar-aprel aylarında Naxçıvan MR-da sahibkarlara 40 369,3 min manat kredit verilib.

Bunu Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Səlahiyyətli nümayəndə digər iqtisadi göstəricilərini də açıqlayıb və qeyd edib ki, son 1 ildə muxtar respublikada orta aylıq əməkhaqqı da 10 % civarında artaraq 586 manatda 645 manata çatıb.

İl ərzində Naxçıvanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri isə 0,6 % artaraq 61 944,5 min manatdan 62 316,2 min manata yüksəlib.

İstinadlar Report