Mayın 18-də məhkəmə qərarı ilə Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılan jurnalist Fuad Abbasovun Azərbaycana deportasiya ediləcəyi tarix bəlli olub.

Jurnalistin vəkili Elman Paşayev bildirib ki, rəsmi olaraq deportasiya mayın 28-nə nəzərdə tutulub.

Vəkil bildirib ki, bir qədər əvvəl müvəkkili ilə görüşüb:

“Fuad Abbasov Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Müəyyən prosedurlardan keçdikdən sonra mayın 28-i Azərbaycana deportasiyası gözlənilir”.

 

İstinadlar Qafqazinfo