Rusiyada jurnalist və bloger kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı Fuad Abbasov mayın 16-da saxlanılıb.

Bu barədə F. Abbasovun vəkili Elman Paşayev məlumat verib.

Vəkil bildirib ki, Moskva şəhər Məhkəməsi Federal Təhlükəsizlik Xidmətinin iddiası əsasında Fuad Abbasovun Rusiyada müvəqqəti yaşamaq üçün olan icazəsini ləğv edib:

“Fuadın Rusiyada yaşamaq barədə icazəsinin ləğv edilməsindən xəbəri olmayıb. Mayın 16-da o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb”.

Vəkil Fuad Abbasovun hal hazırda Moskva vilayətinin Korolyova şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində olduğunu söyləyib:

“Fuad izolyatorda deyil, miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır. Özü ilə danışmışam. Vəziyyəti yaxşıdır. Onun tez bir zamanda oradan çıxarılması və Azərbaycana göndərilməsi ilə məşğuluq”

İstinadlar ONA