Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) ölkənin 21 regionunda gizli silah emalatxanalarına qarşı keçirdiyi reyd nəticəsində xeyli sayda silah-sursat aşkarlanıb.

Məlumatı qurumun mətbuat xidməti yayıb.

Əməliyyat Moskva şəhərində və eyni adlı vilayətdə, İnquşetiya və Karaçay-Çərkəz muxtar respublikalarında, Voloqda, Pskov vilayətlərində, Primorsk və Xabarovsk diyarlarında keçirilib. Axtarış nəticəsində 52 artilleriya sursatı, 57 əlqumbarası, 2 minatan mərmisi, 8 minə yaxın güllə, 7,5 kq barıt və trotil, 222 ədəd qundaq (tapança qundağından polemyotadək), artilleriya mərmisi və qumbara aşkarlanıb.

Əməliyyatda Rusiya Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın əməkdaşları da iştirak edib.

Silahların döyüş xüsusiyyətlərinin bərpası və satışı ilə məşğul olan 55 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 27 gizli emalatxananın fəaliyyəti dayandırılıb.

İstinadlar Report