ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) paytaxt Vaşinqtonda bir həftə əvvəlki qarışıqlıqların 100-dən çox iştirakçısını həbs edib və 200-dən çox potensial qanun pozucusunu müəyyənləşdirib.

Bu barədə FTB-nin rəhbəri Kristofer Rey bildirib.

“Biz və partnyorlarımız ötən həftə cinayətkar fəaliyyətdə – Kapitolinin mühasirəsində iştirak etmiş 100-dən çox insanı həbs etdik”.

O, qeyd edib ki, bununla bağlı təhqiqat davam edir.

FTB rəhbəri bildirib ki, buna oxşar hadisələri törətmək istəyənləri qəti şəkildə xəbərdar etmək istəyir.

“Yanvarın 6-dan artıq 200-dən çox insanı müəyyən etdik. Biz bilirik, siz kimsiniz. Əgər orada olsanız, onda FTB agentləri sizi tapacaqlar”, – Rey xəbərdarlıq edib.

İstinadlar Report