ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri noyabrın 5-də keçiriləcək prezident seçkilərində respublikaçı Donald Trampın qalib gələcəyini proqnozlaşdıran “Polymarket” bukmeker kontorunun direktoru Şeyn Koplanın mənzilində axtarış aparıblar.
Reyd zamanı Koplanın telefonu və digər elektron cihazları götürülüb. Axtarışa nəyin səbəb olduğu izah edilməyib. Lakin nəşrin mənbələri şübhələnirlər ki, bu, bukmeker kontorunun ənənəvi sorğulardan fərqli olaraq Trampın vitse-prezident Kamala Harris üzərində asan qələbəsini dəqiq proqnozlaşdırdığına görə siyasi qisas ola bilər.