Amerikanın hazırı lideri Cozef Bayden ölkənin yeni seçilmiş prezidenti Donald Trampla yenidən danışmağı planlaşdırır.

Bu barədə Vaşinqton administrasiyasının rəhbəri Massaçusetsdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Bayden Trampla yenidən görüşəcəkmi sualına cavabında deyib: “Məncə bəli”.

Bundan əlavə, jurnalistlər ondan yeni administrasiyada müxtəlif vəzifələrə namizədliyi irəli sürülən şəxslərin təhdidlər alması barədə məlumatı şərh etməsi istənilib. O bununla bağlı Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən araşdırma aparıldığını bildirib.

İstinadlar Report